“Etnik təmizləmə və soyqırım cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans keçirilmişdir.
31 mart 2023 | 16:16
31 mart 2023-cü il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının), Quba Rayon İcra Hakimiyyətinin, Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Etnik təmizləmə və soyqırım cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda konfrans keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili cənab Əziz Ələkbərli, Millət vəkili cənab Vahid Əhmədov, Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili cənab Hikmət Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Milli QHT Forumunun prezidenti cənab Rauf Zeyni, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarını, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, digər qonaqlar, tələbələr və gənclərin iştirak etmişdir. Konfransa Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumu rəhbərinin müavini xanım Nimet Özkaya Sevim və Türkiyə Respublikasının Nəcməddin Ərbakan Universitetinin dosenti cənab Yusuf Sayın videokonfrans formatında qoşulmuşdur.
Konfras iştirakçıları əvvəlcə rayonun Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini, sonra isə Quba Soyqırım Memorial Kompleksini ziyarət etmiş, Memorial Kompleksin muzeyi ilə tanış olmuş, Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə hazırlanmış “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı cinayətləri” mövzusunda sərgiyə baxış keçirmişlər.
Konfransın sonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Bəyanatı səsləndirilmişdir.
Qeyd edək ki, 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rayon ictimaiyyətinin nümayəndələri və respublikamızın digər bölgələrindən gəlmiş vətəndaşlarımız tərəfindən ziyarəti gün ərzində davam etmişdir.