Şriftin ölçüsü :

Saytın rəngi :

Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbinin açılış mərasimi keçirilmişdir.

15 sentyabr 2023 | 19:06

15 sentyabr 2023-cü il tarixdə Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbinin 360 şagird yerlik yeni binasının açılış mərasimi olmuşdur. Mərasimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov, Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin məsul şəxsləri, şəhid ailələrinin üzvləri, kənd ziyalıları, müəllimlər və şagirdlər iştirak etmişdir. Mərasimdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev müəllim və şagird heyətini “Bilik Günü” və məktəbin yeni binasının açılışı münasibətilə təbrik etmiş, ölkəmizdə həyata keçirilən təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsinə toxunmuşlar. Mərasimdə həmçinin, məktəbin keçmiş məzunu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov, şəhid anası Həqiqət Həmzəyeva və kənd ziyalıları çıxış edərək 2023-2024-cü tədris ilinin başlanması və yeni məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri təbrik etmiş, onlara uğurlar arzulamışlar.

Fərhad Həmzəyev adına Digah kənd tam orta məktəbinin yeni binası 3 mərtəbəli olmaqla, 360 şagird yerlikdir. Məktəb 16 sinif otağından, akt, idman zalları və stadiondan, kitabxanadan, informatika, hərbi hazırlıq kabinetlərindən, laboratoriyadan, bufetdən və digər otaqlardan ibarətdir.

Keçidlər