“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə təlimi keçirilmişdir.
08 iyun 2022 | 14:41
Quba rayonunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda mülki müdafiə təlimi keçirilmişdir.
Təlimdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Baş İdarəsinin rəisi, general mayor cənab Niyazi Zamanov, Nazirliyin müvafiq qurumlarının rəhbərləri və şəxsi heyətləri, Quba rayon Fövqəladə Hallar Komissiyasının və rayon Mülki Müdafiə Qərargahının üzvləri, rayonun aidiyyəti təşkilatlarının rəhbərləri və kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.