“Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda seminar keçirilmişdir.
07 may 2024 | 17:01
7 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayon Heydər Əliyev Mərkəzində “Fövqəladə halların xəbərdar edilməsi sahəsində koordinasiyanın təkmilləşdirilməsi” mövzusunda seminar keçirilmişdir. Seminarda Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi Fuad İlyasov, Fövqəladə Hallar Nazirliyinin və Şimal Regional Mərkəzinin digər məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişdir.