Gəlin təhlükəsizliyimizi birlikdə qoruyaq!
Quba rayon əhalisinin, Rayon İcra Hakimiyyəti başçısının İnzibati Ərazi dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, şadlıq saraylarının, restoranların, otellərin, istirahət mərkəzlərinin, ticarət və ictimai iaşə müəssisələri rəhbərlərinin
N Ə Z Ə R İ N Ə
İnsanların hayat və sağlamlığının, mülkiyyət növündən asılı olmayaraq əmlakın yanğından qorunması məqsədi ilə "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" bayramı münasibəti ilə əhalinin kütləvi toplaşdığı yerlərdə təşkil olunacaq şənliklərdə aşağıda göstərilən yanğına qarşı norma və qaydalara ciddi əməl edilməsi zəruridir:
- bayram şənlikləri binaların 2-ci mərtəbəsindən yuxarıda, iki və daha çox çıxışı
olmayan məkanlarda keçirilməməlidir;
- məktəblərdə, uşaq bağçalarında, klublarda, mədəniyyət evlərində, şəxsi və ictimai
yaşayış evlərində və digər yerlərdə quraşdırılacaq yolka (küknar), şənlik keçiriləcək
mənzilin, otağın ortasında terpənməyən möhkəm dayaq üzərində quraşdırmalıdır,
- yolkanın ətrafında sərbəst gəzmək və rəqs etmək məqsədilə bir metr enindən az
olmayaraq dairəvi keçid saxlanılmalıdır;
-yolkaya tez alışan oyuncaq, şam və eləcə də digər təhlükəli bəzək işıqlandırıcı
sistemin quraşdırılması qəti qadağan edilməlidir;
- bütün giriş-çıxış yolları, keçidlər, koridorlar, pilləkənlər gediş-gəlişə uyğun olaraq
açıq olmalıdır;
- yolka şənliyi keçiriləcək obyektlərdə yanğın təhlükəsizliyinə cavabdeh olan
növbətçilər təyin edilməlidir.
- yeni il şənliyi keçiriləcək obyektlər ən azı iki ədəd təzə doldurulmuş odsöndürən
balonla, yanğına qarşı su ehtiyatı və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir;
- qapalı məkanlarda pirotexniki məmulatlardan istifadə qadağan edilsin.
Bütün bunlarla yanaşı yolkanı işıqlandırarkən yalnız elektrik cərəyanından və
zavodda hazırlanmış standarta uyğun elektrik qurğu və cihazlarından istifadə olunmalı,
elektrik təsərrüfatı ilə bağlı bütün yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Şam ağacının bəzədilməsində istifadə olunan lampalar ardıcıl qoşulmalı və bu zaman
gərginlik 12 voltdan, cərəyan 25 vatdan artıq olmamalıdır. Yolkada quraşdırılmış elektrik
naqilləri və işıqlandırma lampaları saz olmalı və etibarlı izolə edilməlidir. İşıqlandırma
zamanı nasazlıq aşkar edildikdə (naqillər qızdıqda, lampalar yanıb-söndükdə, qığılcım
olduqda və s.) dərhal onu elektrik şəbəkəsindən ayırmaq lazımdır. Yolka işıqlandırılarkən
istifadə olunan elektrik naqilləri birbaşa avtomat qurğu vasitəsi ilə elektrik lövhəsinə və
yaxud paylacıya qoşulmalıdır. Elektrik naqillərini bir-biri ilə birləşdirdikdə mütləq lehimləmə,
presləmə qaynaq etmək üsulundan istifadə edilməlidir. Naqilləri bir-birinə başqa vasitələrlə
birləşdirmək qəti qadağandır.
Rayon ərazisində yanğın təhlükəsizliyinin daha etibarlı təmin edilməsi məqsədi ilə yuxarıda qeyd olunan norma və qaydalara riayət olunması, eləcə də “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı ilə əlaqədar bayram şənlikləri keçiriləcək ərazilər, obyektlər, şənliklərin keçirilmə vaxtları barədə Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsini məlumatlandırmağınızı xahiş edirik.
Gəlin təhlükəsizliyimizi birlikdə qoruyaq!