"Gender əsaslı zorakılıq insan hüquqlarına ziddir" mövzusunda maarifləndirici seminar keçirilmişdir.
27 noyabr 2025 | 15:35
27 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin birgə təşkilatçılığı ilə rayonun Birinci Nügədi kəndində "Gender əsaslı zorakılıqla mübarizə " tədbirləri çərçivəsində "Gender əsaslı zorakılıq insan hüquqlarına ziddir" mövzusunda maarifləndirici seminar keçirilmişdir. Tədbirdə Quba RİHB-nin məsul işçisi Aynur Yəhyayeva və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Birinci Nügədi ,İkinci Nügədi və Amsar İƏD-nin əməkdaşları ,bələdiyyələrdə fəaliyyət göstərən Gender komissiyalarının üzvləri ,kənd ağsaqqalları və məktəb şagirdləri iştirak etmişlər.








