Şriftin ölçüsü :

Saytın rəngi :

Gürdəh kəndində vətəndaşların səyyar qəbulu keçirilmişdir.

16 sentyabr 2022 | 15:49

16 sentyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Rük kənd inzibati ərazi dairəsinin Gürdəh kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Səyyar qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Həbibov Murad Asəf oğlunun Gürdəh kəndində yaradılmış xatirə lövhəsinin önünə gül dəstələri düzmüşdür.

Keçidlər