Hacıqaib kəndində sakinlərin müraciətləri yerində dinlənilib.
Hacıqaib kəndində sakinlərin müraciətləri yerində dinlənilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi və onları narahat edən məsələlərin yerində araşdırılması məqsədilə Hacıhüseynli kənd inzibati ərazi dairəsinin Hacıqaib kəndində növbəti səyyar qəbul keçirilmişdir.
Səyyar qəbul zamanı kənd sakinlərinin müraciət və təklifləri dinlənilmiş, qaldırılan məsələlərin hər biri üzrə aidiyyəti üzrə araşdırılaraq cavab verilməsi, vətəndaşların müraciətlərinin operativ şəkildə həll olunması ilə bağlı müvafiq qurumların rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş, bəzi məsələlərin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilmişdir.
Səyyar qəbuldan əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Hacıqaib kənd tam orta məktəbinin qarşısında inşa edilmiş Şəhidlər xatirə kompleksinin və təhsil müəssisəsində yaradılmış Şəhid xatirə guşələrinin önünə gül dəstələri düzərək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmişdir.








