Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıqaib kəndində və Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulları keçirilmişdir.

10 dekabr 2025 | 16:37
Hacıqaib kəndində və  Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaş qəbulları  keçirilmişdir.
 
10 dekabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Hacıhüseynli kənd inzibati ərazi dairəsinin Hacıqaib kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Hacıqaib kənd tam orta məktəbində yaradılmış Ulu Öndər Heydər Əliyevin və Şəhidlər xatirə guşəsinin, həmçinin təhsil müəssisəsinin önündə inşa edilmiş Şəhidlər xatirə kompleksinin qarşısına gül dəstələri düzmüşdür.
Səyyar qəbuldan sonra Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlarla görüşən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov,  vətəndaşların müraciətlərini dinləmiş, onların gündəlik həyatında qarşılaşdıqları sosial, təsərrüfat və infrastruktur problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlar vermişdir.
Vətəndaş qəbulları sadəcə formal görüş deyil, həm də dövlətlə xalq arasında körpü rolunu oynayır. Bu görüşlər insanların gündəlik həyatını yaxşılaşdırmaq, sosial rifahı artırmaq və dövlət idarəçiliyini daha səmərəli etmək üçün mühüm vasitədir.
Keçidlər