Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev: elm və təhsilin himayədarı” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.

06 may 2022 | 11:47

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev: elm və təhsilin himayədarı” mövzusunda Respublika elmi konfransı keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, YAP Quba rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektor və dekanları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Keçidlər