Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda konfrans keçirilmişdir.

26 aprel 2023 | 16:16

26 aprel 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə ADPU-nun Quba filialının akt zalında “Heydər Əliyev İli” çərçivəsində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda konfrans keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə və İnstitutun alimləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid ailələri, qazilər, rayonun bir sıra idarə, müəssisə və təşkilatlarının rəhbərləri, həmçinin ADPU-nun Quba filialının pedaqoji və tələbə heyəti iştirak etmişdir.

Konfransdan əvvəl Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıdığı parkda Ümummilli Liderin abidəsi ziyarət etmişdir.

Keçidlər