Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində növbəti elmi-praktik konfrans keçirilmişdir.

22 may 2023 | 17:00

22 may 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyəti, Quba rayon Məhkəməsi, Quba rayon Prokurorluğu, Quba rayon Polis Şöbəsi, DTX-nın Quba rayon şöbəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə ADPU-nun Quba filialının akt zalında “Heydər Əliyev İli” çərçivəsində “Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunda və məhkəmə-hüquq islahatlarının aparılmasında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Özbəkistan "Silk Road Research Academy"nin rəhbəri, filologiya elmləri doktoru, professor Azamat Akbarov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının kollektivi, rayon ictimaiyyətinin nümayəndələri, tələbələr və gənclər iştirak etmişdir.

Konfransdan əvvəl rayon rəhbərliyi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş futbol turnirində ilk üç yeri tutan komandaları kubok və medallarla təltif etmişdir.

Keçidlər