“Heydər Əliyev İli” çərçivəsində Quba rayonunda daha bir tədbir keçirilmişdir.
1 avqust 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədbirlər Planına əsasən Quba rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfransda Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Quba Rayon İcra Hakimiyyətinin və Quba rayon Prokurorluğunun məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədr müavini, qonşu rayonların prokurorluq işçiləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, həmçinin rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir. Konfransdan əvvəl iştirakçılar Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmiş və Heydər Əliyev Mərkəzində sərgi ilə tanış olmuşlar.
Konfransın sonunda Azərbaycan Respublikası Baş Prokurorluğunun sifarişi ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük şəxsiyyət...üç ştrixdə...” adlı sənədli filmi nümayiş etdirilmişdir.