Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” çərçivəsində respublikamızın bütün bölgələrini əhatə edən “İntellektual klubların IV gənclər liqası”nın ikigünlük turniri işə başlamışdır.

09 dekabr 2023 | 15:36

9 dekabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə Quba Palace Otelinin akt zalında “Heydər Əliyev İli” çərçivəsində respublikamızın bütün bölgələrini əhatə edən “İntellektual klubların IV gənclər liqası”nın ikigünlük turniri işə başlamışdır. Turnirin açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, təşkilatçı və tərəfdaş qurumların məsul şəxsləri, həmçinin gənclər iştirak etmişdir.

Turnirdən əvvəl Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət etmişdir.

Keçidlər