Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə “Rəqəmsal Dünya” adlı tədbiri keçirilmişdir.
09 fevral 2026 | 09:43
Uşaq Səfirlər Məclisinin Quba rayonu üzrə fəalı Lamiyə Bayramovanın təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Quba rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Quba şəhər Hikmət Hüseynov adına 4 nömrəli humanitar fənlər təmayüllü məktəb-liseydə “Rəqəmsal Dünya” adlı tədbiri keçirilmişdir. Tədbirdə Uşaq Səfirlər Məclisinin Quba rayon üzrə nümayəndələri, fəalları, məktəb şagirdləri müəllimlər iştirak etmişlər.








