Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Mirzəməmmədkənd kəndində vətəndaşlarla səyyar qəbul keçirilib.

25 sentyabr 2025 | 15:40

Mirzəməmmədkənd kəndində vətəndaşlarla səyyar qəbul keçirilib.

 

25 sentyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Vladimirovka kənd inzibati ərazi dairəsinin Mirzəməmmədkənd kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon Polis şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də rayonumuzda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinləri ətraflı məlumatlandırılmış, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar vermişdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Mirzəməmmədkənd kənd ibtidai məktəbinin qarşısında yaradılmış Vətən Müharibəsi şəhidi Abduləlimov Miqdad Faiq oğlunun və təhsil müəssisəsində hazırlanmış Şəhidlər xatirə guşələrinin önünə gül dəstələri düzmüşdür.

Keçidlər