Şriftin ölçüsü :

Saytın rəngi :

“İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda təlim təşkil olunmuşdur.

05 sentyabr 2022 | 15:51

5 sentyabr 2022-ci il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “İctimai iştirakçılıq sahəsində bilik və bacarıqların artırılması” mövzusunda təlim təşkil olunmuşdur.

Əvvəlcə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev qonaqları rayonumuzda salamlamış və təşkilatçılara təşəkkürünü bildirmişdir.

Təlimdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktorunun müavini Emil Çaparlı, tanınmış ekspertlər, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlatının İcra Hakimiyyəti başçılarının müavinləri, qeyd olunan rayonların RİHB aparatlarının məsul şəxsləri, həmçinin RİH yanında İctimai şuraların sədirləri və üzvləri iştirak etmişdir.

Keçidlər