İlqar Mahmudov İkinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir.
20 fevral 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov İkinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Lətifov Eynulla Niyətulla oğlunun İkinci Nügədi kəndində yaradılmış xatirə bulağı və İkinci Nügədi kənd 3 nömrəli tam orta məktəbin qarşısında inşa edilmiş Şəhidlər xatirə kompleksi ilə tanış olmuşdur.