İlqar Mahmudov Qacar Zeyid kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir.
05 sentyabr 2023 | 16:40
5 sentyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov Alekseyevka kənd inzibati ərazi dairəsinin Qacar Zeyid kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.