Şriftin ölçüsü :

Saytın rəngi :

İlqar Mahmudov “Quba İş Adamlarına Dəstək” platformasının əməkdaşları ilə görüş keçirmişdir.

14 oktyabr 2024 | 15:50

14 oktyabr 2024-cü il tarixdə yaxın günlərdə “Quba Şahdağ” otelində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı, “MÜSİAD Azərbaycan”, “Founder Club” və “Quba İş Adamlarına Dəstək” platformasının təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan Qubalı sahibkarlarla görüş öncəsi Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov təşkilatçı qurumların rəhbərlərini Rayon İcra Hakimiyyətində qəbul etmişdir.

Qəbulda dövlətimizin başçısı cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən və ölkədə aparılan mütərəqqi islahatlardan, bu islahatların sahibkarlığın inkişafına təsirindən danışılmış, həmçinin qarşıdakı günlərdə keçirilməsi planlaşdırılan görüşün əsas məqsədinin bölgədə iqtisadi tərəqqini dəstəkləməklə sahibkarlığın inkişafına töhfə verilməsi, ticarətin artırılması, investisiyaların cəlb olunması məqsədi daşıdığı vurğulanmışdır.

Keçidlər