Şriftin ölçüsü :

Saytın rəngi :

İlqar Mahmudov Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında iştirak etmişdir.

12 sentyabr 2023 | 16:24

12 sentyabr 2023-cü il tarixdə Quba rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuş, Heydər Əliyev Mərkəzində şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilmişdir. Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ölkəmizdə həyata keçirilın təhsil siyasəti, ölkə təhsilinin qabaqcıl dünya təhsil sisteminə inteqrasiyası, bu sahədə müasir infrastrukturun və maddi-texniki bazanın formalaşdırılması, kadr potensialının gücləndirilməsinə toxunmuşlar.

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev görülmüş işlər və əldə edilmiş nailiyyətlər, eləcə də qarşıda duran vəzifələr barədə məlumat vermişdir.

Konfransda həmçinin bir sıra məktəblərin direktorları və müəllimləri ötən tədris ilində əldə etdiyi nailiyyətlərə görə mükafatlandırılmış, Quba Uşaq - Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifaları da maraqla qarşılanmışdır.

Keçidlər