Şriftin ölçüsü :

Saytın rəngi :

İlqar Mahmudov Vətən Müharibəsi şəhidi Bədəlov Səhman Bəhmən oğlunun bacısı Bədəlova Aytəkin Bəhmən qızının toy məclisində iştirak etmişdir.

11 sentyabr 2023 | 17:38

11 sentyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin bir qrup nümayəndəsi Birinci Nügədi kəndində Vətən Müharibəsi şəhidi Bədəlov Səhman Bəhmən oğlunun məzarını ziyarət etmiş, daha sonra şəhidin bacısı Bədəlova Aytəkin Bəhmən qızının toy məclisində iştirak etmişlər.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov toy məclisində çıxış edərək yeni ailə həyatı quran gənclərə xeyir-dua vermiş, onları öz adından, Rayon İcra Hakimiyyətinin kollektivi adından, eləcə də rayon ictimaiyyəti adından təbrik etmiş, şəhid ailələrinə və qazilərə, həmçinin Vətən Müharibəsi iştirakçılarına göstərilən dövlət qayğısından ətraflı danışmışdır.

Keçidlər