Şriftin ölçüsü :

Saytın rəngi :

İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir.

13 fevral 2024 | 16:04

13 fevral 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Zərdabi qəsəbəsində inşa edilmiş Vətən müharibəsi şəhidləri Musa Məhəmmədovun və Səttər Piriyevin bulaq-xatirə kompleksləri, həmçinin Zərdabi qəsəbə tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Bayram Şixəmirovun büstü ilə tanış olmuşdur.

Qəbulda Quba rayon prokuroru, rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə qəsəbə sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə qəsəbədə yerləşən Zərdabi parkı, həmçinin parkda milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin büstü, bundan əlavə İkinci Dünya müharibəsi iştirakçılarının xatirəsinə inşa edilmiş parkla tanış olmuşdur.

Keçidlər