İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Berlian Helmi və rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər etmişdir.
12 avqust 2026-cı il tarixdə İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Berlian Helmi və rəhbərlik etdiyi nümayəndə heyəti Quba rayonuna səfər etmişdir. Səfərdə Səfirliyin birinci katibi Harmoko Montoc, Səfirin köməkçisi və tərcüməçisi Rəşad Mərdanov iştirak etmişdir.
Səfər çərçivəsində Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov ilə nəzakət görüşü keçirilmiş, görüşdə Azərbaycan ilə İndoneziya arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı əməkdaşlıq imkanları və Quba rayonunun turizm potensialı barədə fikir mübadiləsi aparılmışdır.
Daha sonra İndoneziya nümayəndə heyəti Qubanın tarixi və mədəni məkanları ilə tanış olmuşlar.








