Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirildi.

17 iyun 2026 | 16:23

17 iyun 2026-cı il tarixində Quba Rayon İcra Hakimiyyətində “İnsan Hüquqları Aylığı” çərçivəsində əhalinin qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının qorunması sahəsində mövcud olan vəziyyət və hüquqi məlumatlılığın təmin edilməsi imkanlarının təkmilləşdirilməsi mövzusunda dəyirmi masa formatında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Uşaq Hüquqlarının Müdafiəsi üzrə Quba rayon Komissiyasının üzvləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Şimal Regional Mərkəzinin rəhbəri, Quba Rayon Polis Şöbəsinin, Quba “ASAN xidmət” Mərkəzinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin, Heydər Əliyev Mərkəzinin səlahiyyətli nümayəndələri, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin sədrləri, fəal gənclər və digər aidiyyəti şəxslər iştirak etmişlər. Tədbirdə rayonumuzda son illərdə insan hüquqlarının müdafiəsi və qorunması sahəsində görülən işlər barədə ətraflı məlumat verilmiş, mövcud çatışmazlıqların aradan qaldırılması, habelə bu sahədə görülən işlərin səmərəliliyinin artırılması məqsədilə koordinasiya olunmuş fəaliyyət imkanları üzrə müzakirə aparılmış, təkliflər dinlənilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
#İnsanHüquqlarıAylığı#HumanRightsMonth

Keçidlər