Şriftin ölçüsü :

Saytın rəngi :

İspik kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulu keçirilmişdir.

08 iyun 2023 | 14:52

8 iyun 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev İspik kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Səyyar qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev artıq yenidənqurma və asfaltlanma işləri başa çatmaq üzrə olan Quba - İspik yolunda görülən işlərlə tanış olmuş, aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını vermişdir.

Keçidlər