İspik kəndində səyyar vətəndaş qəbulu keçirilib.
İspik kəndində səyyar vətəndaş qəbulu keçirilib.
24 sentyabr 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov İspik kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda rayon prokuroru, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də Quba rayonunda həyata keçirilən sosial-iqtisadi inkişaf və abadlıq-quruculuq işləri barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, kənd sakinlərinin müraciət və təklifləri dinlənilmiş, qaldırılan məsələlər müzakirə olunaraq onların həlli ilə bağlı aidiyyəti şəxslərə yerindəcə müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri göstərilən diqqətə və qayğıya, eləcə də əhalinin müraciətlərinə həssaslıqla yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə İspik kənd tam orta məktəbinin qarşısında qoyulmuş Birinci Qarabağ Müharibəsi şəhidi Neman Dadaşovun büstünü və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsini ziyarət etmiş, şəhidlərin əziz xatirəsi ehtiramla yad edərək önünə gül dəstələri düzmüşdür.








