İstedadlı xanəndə və tarzən Nisim Nisimovun 75 yaşının tamam olması münasibəti ilə Quba şəhərindəki “Nərgiz Plaza” şadlıq sarayında tədbir keçirilib.
26 dekabr 2025 | 10:22
25 dekabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birgə rayonumuzun Qırmızı Qəsəbə sakini, uzun illər rayonumuzun ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edən, istedadlı xanəndə və tarzən Nisim Nisimovun 75 yaşının tamam olması münasibəti ilə Quba şəhərindəki “Nərgiz Plaza” şadlıq sarayında təşkil olunmuş tədbirdə iştirak etmiş, ona Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun səmimi salamlarını çatdırmış, yubileyi münasibətilə təbrik edərək fəxri fərman və hədiyyələr təqdim etmişdir.
Tədbirdə, həmçinin Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə və Müşfiq Məmmədli, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri, həmçinin əməkdaşları, Qırmızı Qəsəbə sakinləri iştirak etmişdir.
Çıxış edənlər yubileyara öz təbrikini çatdırmış, tədbir musiqi nömrələri ilə davam etmişdir. Yubileyar çıxış edərək dövlətimiz tərəfindən mədəniyyət və incəsənətə göstərilən qayğıdan bəhs etmiş, dövlətimizin başçısı cənab İlham Əliyevə öz təşəkkürünü bildirmişdir.








