İsveç Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Quba rayonuna səfər etmişdir.
14 mart 2023 | 17:57
14 mart 2023-cü il tarixdə İsveç Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Tobias Lorentzson Quba rayonuna səfər etmişdir. Səfər çərçivəsində qonaq Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevlə görüşmüş, “Qədim Quba” xalçaçılıq müəssisəsi ilə tanış olmuşdur.
Bundan əlavə, cənab Tobias Lorentzson Dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı Qəsəbə, buradakı Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyi, “Giləki” və “Altı Günbəz” sinaqoqları ilə tanış olacaq, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edəcək və “ABAD Factory” istehsalat kompleksi ilə də tanış olacaqdır.