Şriftin ölçüsü :

Saytın rəngi :

"Kənd təsərrüfatında innovasiyalar" sərgisini keçirmişdir.

22 noyabr 2022 | 15:15
22 noyabr 2022-ci il tarixdə Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət parkında Quba Rayon İcra Hakimiyyəti və Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə "Kənd təsərrüfatında innovasiyalar" sərgisini keçirmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov, idarə, müəssisə və təşkilatların rəhbərləri, bir sıra digər müvafiq qurumların nümayəndələri, Şimal bölgəsi rayonlarının, eləcə də Respublikamızın digər müxtəlif bölgələrinin fermerləri və Quba rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirdən sonra BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Alpan kənd tam orta məktəbində aqrar məsləhət xidmətinin gücləndirilməsi sahəsində təşkil olunmuş sinfin açılışı olmuşdur.
Keçidlər