“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin izi ilə” adlı tədbir keçirilmişdir.
25 iyun 2025 | 18:29
25 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin Quba rayon üzrə nümayəndələrinin təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Quba şəhər Azad Məmmədov adına 2 saylı təbiət fənləri təmayüllü məktəb-liseyin oxu zalında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin izi ilə” adlı tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsi, təhsil işçiləri və Uşaq Səfirlər Məclisinin Quba rayon üzrə fəalları iştirak etmişdir.








