“Konstitutsiya və Suverenlik İli”nə həsr olunan “Respublika Gənclər Debat Forumu”nun açılış mərasimi baş tutub.
20 dekabr 2025 | 09:58
“Konstitutsiya və Suverenlik İli”nə həsr olunan “Respublika Gənclər Debat Forumu”nun açılış mərasimi baş tutub.
19 dekabr 2025-ci il tarixdə keçirilən “Respublika Gənclər Debat Forumu”nun açılış mərasimində Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Arif Nəbiyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elnur Abdullayev, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Mustafa Nöhbalayev, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin idarə heyətinin sədri Aydan Hüseynova və gənclər iştirak etmişdir.
Forum Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
10-dan çox regionun forum qalibləri bir araya gələrək konstitusion dəyərlər, suverenlik və dövlətçilik mövzularında fikir mübadiləsi aparacaq, arqumentasiya və analitik düşünmə bacarıqlarını nümayiş etdirəcəklər.








