Korrupsiya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Korrupsiya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
28 noyabr 2025-ci il tarixində Quba rayon Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin, Quba Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Korrupsiya qarşı mübarizə yolu mövzusunda “Şəffaflıq yolu”adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Prokurorluğunun məsul şəxsləri, Quba Heydər Əliyev Mərkəzinin, Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba-Xaçmaz Regional nümayəndəliyinin əməkdaş və könüllüləri iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsininin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra korrupsiya ilə mübarizə mövzusunda videoçarxa tamaşa edilib. Tədbirdə korrupsiyanın cəmiyyətə təsiri, onunla mübarizə yolları, şəffaf idarəetmənin vacibliyi və hər bir vətəndaşın bu prosesdəki rolu barədə çıxışlar edilmiş, mövzü ətrafında diskussiya aparılmışdır. Qurumlararası əməkdaşlığın əhəmiyyəti maarifləndirmənin gücləndirilməsi və gənclərin bu sahədə fəal iştirakı xüsusilə qeyd edilib. Korrupsiyaya qarşı mübarizənin ölkəmizdə prioritet istiqamətlərindən biri olduğunu vurğulanıb.








