Şriftin ölçüsü :

Saytın rəngi :

Küpçal kəndində səyyar vətəndaş qəbulu keçirildi.

29 oktyabr 2026 | 16:04

Küpçal kəndində səyyar vətəndaş qəbulu keçirilib.

29 oktyabr 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Küpçal kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon prokuroru, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, eləcə də Quba rayonunda aparılan abadlıq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar vermişdir.
Kənd sakinləri əhalinin rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərə, eləcə də göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Küpçal kənd tam orta məktəbində yaradılmış Şəhid xatirə guşələrini ehtiramla yad edərək önünə gül dəstələri düzmüşdür.

Keçidlər