Şriftin ölçüsü :

Saytın rəngi :

Məckəxacə kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

09 aprel 2026 | 16:50

 

Məckəxacə kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

9 aprel 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Rustov kənd inzibati ərazi dairəsinin Məckəxacə kəndində səyyar vətəndaş qəbulu keçirmişdir. Qəbulda Quba rayon prokuroru, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqətə və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə Məckəxacə kənd tam orta məktəbində yaradılmış Şəhidlərin xatirə guşəsini ziyarət etmiş, şəhidlərin əziz xatirəsi ehtiramla yad olunaraq önünə gül dəstələri qoyulmuşdur.

Keçidlər