Məktəbəqədər təhsil müəssisəsində "Yol hərəkəti qaydaları" haqqında maarifləndirici tədbir keçirilmişdir.
18 iyul 2025 | 14:08
Uşaq Səfirlər Məclisinin Quba rayonu üzrə nümayəndəsi Dəniz Tahirovanın təşəbbüsü, Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Günəş Körpələr Evi-Uşaq Bağçası"nda məktəbəqədər təhsil müəssisəsinin böyük qrup uşaqları ilə "Yol hərəkəti qaydaları" haqqında maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Polis Şöbəsinin və Quba-Xaçmaz regional təhsil idarəsinin məsul işçiləri iştirak etmişdir.
#UşaqSəfirlərMəclisi #ChildAmbassadorsCouncil #USM #CAC #USMregionalnümayəndəliklər








