Mirzəqışlaq kəndində səyyar vətəndaş qəbulu keçirilib.
20 avqust 2026-cı il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Birinci Nügədi kənd inzibati ərazi dairəsinin Mirzəqışlaq kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon Polis şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş Daşqın Ağayevin kəndin girişində inşa olunmuş xatirə guşəsi və Mirzəqışlaq kənd tam orta məktəbində yaradılmış Şəhid xatirə guşələrinin qarşısına gül dəstələri düzmüşdür.








