Şriftin ölçüsü :

Saytın rəngi :

MMA döyüşçüsü Zəfər Abdürrəhmanovun Quba şəhərində qarşılanma mərasimi olmuşdur.

01 may 2023 | 18:51

1 may 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevin iştirakı ilə 29 aprel 2023-cü il tarixdə Gürcüstan Respublikasının Tibilisi şəhərində “GFC - Georgian Fighting Championship” liqasının 20-ci seriyasında erməni idmançısı Narek Qalstyan ilə qarşılaşmada 43 saniyə ərzində parlaq qələbə qazanaraq yarışın çempionu olmuş qubalı, MMA döyüşçüsü Zəfər Abdürrəhmanovun Quba şəhərinin girişində qarşılanma mərasimi olmuşdur. Qarşılanma mərasimində Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, idmançılar və gənclər iştirak etmişdir.

Daha sonra idmançı və rayon ictimaiyyətinin nümayəndələri Quba rayon Şəhidlər Xiyabanını ziyarət etmişlər.

Keçidlər