Möhüc kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
Möhüc kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
15 noyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Tüləkəran kənd inzibati ərazi dairəsinin Möhüc kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.
Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə 44 günlük Vətən Müharibəsində şəhid olmuş İsayev Ceyhun Rüstəm oğlunun Gültəpə kəndində yaradılmış xatirə bulağı və Möhüc kənd tam orta məktəbində yaradılmış Şəhidlər xatirə guşəsi ilə tanış olmuşdur.