Şriftin ölçüsü :

Saytın rəngi :

“Müasir çağırışlar: dinlərarası birgəyaşayış” mövzusunda filmin çəkilişləri ilə əlaqədar rayonumuzda səfərdə olan müxtəlif dini konfessiyaların nümayəndələri Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət etmişlər.

29 avqust 2023 | 14:51
29 avqust 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının birinci müavini Tariyel İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov, Quba Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin məsul şəxsləri, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Müasir çağırışlar: dinlərarası birgəyaşayış” mövzusunda filmin çəkilişləri ilə əlaqədar rayonumuzda səfərdə olan müxtəlif dini konfessiyaların nümayəndələri Quba şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət etmişlər.
Həmçinin, qonaqlarla Quba rayon Heydər Əliyev Mərkəzində, dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbədə yerləşən “Giləki” sinaqoqunda görüş keçirilmiş, qonaqlar Quba şəhər “Cümə” məscidini və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.
Keçidlər