Narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirmə xarakterli görüş keçirilmişdir.
Quba Dövlət Sosial-İqtisadi Kollecində gənclərlə, o cümlədən yuxarı sinif şagirləri, kollec tələbələri ilə narkomaniyaya qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Quba rayon komissiyası”nın birgə təşkil etdiyi maarifləndirmə tədbiri - görüş , eləcə də “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhvetmə komissiyası”nın üzvləri ilə seminar-məşğələ keçirilmişdir. Seminarda Quba Rayon İcra Hakimiyyətinin, Rayon Prokurorunun, Rayon Məhkəməsinin, Dövlət Təhlükəsizlik xidmətinin Quba rayon şöbəsinin, Quba Rayon İcra və probasiya şöbəsinin, “Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndələri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahlar Zeynalov, Həkim-narkoloq Vüsal Cabbarov iştirak etmişlər.