Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirildi.

05 avqust 2026 | 16:16

Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə birlikdə Quba rayon Heydər Əliyev Mərkəzinin, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi İctimai Birliyinin nümayəndələrinin, psixoloqların, pedaqoqların, fəal gənclərin iştirakı ilə maarifləndirmə məqsədli görüş-dəyirmi masa keçirilmişdir. Görüş zamanı iştirakçılar maarifləndirici materiallarla (bukletlər, statistik məlumat topluları) tanış edilmiş, narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi hallarına qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılması üzrə koordinasiya olunmuş fəaliyyətin təşkili, müxtəlif yaş və sosial qrupları əhatə edən antinarkotik düşüncə tərzinin formalaşdırılması məsələləri müzakirə olunmuşdur.

Keçidlər