“Neftçi” futbol klubu II “Ulduz Cup” beynəlxalq turnirinin qalibi olub.
28 avqust 2025-ci il tarixdə Quba Olimpiya İdman Kompleksinin stadionunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Ulduz" Futbol Akademiyasının birgə təşkilatçılığı ilə 12 yaşadək futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turnirinin final oyunu keçirilib. Final oyununu Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Gənclər və İdman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər izləyiblər.
Final oyununda ölkəmizin “Neftçi” futbol klubu ilə Özbəkistanın “Paxtakor” futbol klubu mübarizə aparıb. Gərgin keçən oyunda “Neftçi” futbol klubu penaltilər seriyasında qələbə qazanaraq II “Ulduz Cup” beynəlxalq turnirinin qalibi olub. Turnirdə 7 ölkədən 12 komanda iştirak edib.








