Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul Qımıl kəndində keçirilmişdir.

19 sentyabr 2023 | 18:36

19 sentyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Küpçal kənd inzibati ərazi dairəsinin Qımıl kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov aidiyyəti şəxslərlə birlikdə Qımıl kəndində inşa edilmiş Şəhidlər bulaq-xatirə kompleksi ilə tanış olmuşdur.

Qəbulda Quba rayon prokuroru, Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, Quba rayon Ağsaqqallar Şurasının sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda, eləcə də rayonumuzda görülmüş işlər barədə Qımıl kənd sakinlərinə ətraflı məlumat verilmiş, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Qımıl kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Alimşah Tahirov adına Qımıl kənd tam orta məktəbinin mövcud vəziyyəti ilə tanış olmuş, şəhid Alimşah Tahirovun və şəhid Nuran Mirzəyevin ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlanmış, Qımıl kənd qəbirstanlığında Alimşah Tahirovun və Nuran Mirzəyevin məzarlarını ziyarət etmiş, həmçinin Küsnət kəndinin mövcud yol infrastrukturu ilə yaxından tanış olmuşdur.

Keçidlər