Növbəti səyyar vətəndaş qəbulu Aşağı Atuc kəndində keçirilmişdir.
18 may 2023 | 18:39
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Aşağı Atuc kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin Quba rayon şöbəsinin rəisi, rayon Polis şöbəsi rəisinin müavini, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.