Növbəti səyyar vətəndaş qəbulu İkinci Nügədi kəndində keçirilmişdir.
25 yanvar 2023 | 14:21
25 yanvar 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev İkinci Nügədi kənd inzibati ərazi dairəsi üzrə vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.