“Nurlu ömür salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
27 aprel 2023-cü il tarixdə Quba Rayon Mərkəzi Xəstəxanasının akt zalında Quba Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının və “Quba Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə görkəmli alim, akademik, iyirminci əsr Azərbaycan tarixinin görkəmli simalarından biri olan Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Nurlu ömür salnaməsi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və tibb işçiləri iştirak etmişdir.
Konfransın sonunda rayonun bir qrup səhiyyə işçisinə Quba Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.