Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər edib.
Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları Quba rayonuna səfər edib.
“Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun sosial proqramı çərçivəsində 19 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyə, Gürcüstan, Serbiya, Slovakiya, Monteneqro, Oman, Misir, Pakistan, Monqolustandan olan iştirakçılar Quba rayonuna səfər etmişlər. Əvvəlcə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və qonaqlar Ulu Öndər Heydər Əliyevin Quba şəhərində adını daşıyan Mədəniyyət və İstirahət parkındakı abidəsini ziyarət etmiş, sonra Rayon İcra Hakimiyyətində RİH başçısının iştirakı ilə onlarla görüş keçirilmiş, daha sonra isə qonaqlar Quba “ASAN Xidmət” mərkəzi və “Soyqırımı memorial kompleksi”i ilə tanış olmuşlar.








