Şriftin ölçüsü :

Saytın rəngi :

Paşaoba kəndində vətəndaşların növbəti səyyar qəbul keçirilmişdir.

23 fevral 2023 | 14:58

23 fevral 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev Vəlvələ kənd inzibati ərazi dairəsinin Paşaoba kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Quba Rayon Polis şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir. Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən aidiyyəti şəxslərə yerindəcə lazımi tapşırıqlar verilmişdir.

Səyyar qəbuldan sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev aidiyyəti şəxslərlə birlikdə hazırda tikinti işləri aparılan Vəlvələ kənd tam orta məktəbinin inşaat işləri ilə tanış olmuş, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər