Şriftin ölçüsü :

Saytın rəngi :

Pirvahid kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

21 noyabr 2025 | 18:04

Pirvahid kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

 

21 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov İkinci Nügədi kənd inzibati ərazi dairəsinin Pirvahid kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin rəisi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Qəbuldan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı aidiyyəti şəxslərlə birlikdə kəndin mərkəzində inşa edilmiş Şəhidlər bulaq-xatirə kompleksinin, Birinci Qarabağ Müharibəsi şəhidi Ramin Dadaşovun Pirvahid kənd tam orta məktəbinin önündə qoyulmuş büstünün və təhsil müəssisəsində yaradılmış Şəhidlər xatirə guşəsinin qarşısına gül dəstələri düzmüşdür.

Keçidlər